
She Codes AI
Matrix Academy və Rabitəbankın birgə həyata keçirdiyi “SHE Codes AI” layihəsi qadınların proqramlaşdırma və süni intellekt sahələrində bilik və bacarıqlar əldə etməsinə, texnologiya sahəsində karyeraya ilk addımlarını atmasına dəstək olmaq məqsədi daşıyır.
Layihə çərçivəsində 100-dən çox qadına Foundation və Generative AI proqramları üzrə təhsil imkanı təqdim olunub. İştirakçılar təməl proqramlaşdırma və süni intellekt üzrə praktiki biliklər əldə etməklə yanaşı, karyera və işə qəbul prosesi ilə bağlı infosessiyalarda iştirak ediblər.
“SHE Codes AI” təşəbbüsü qadınların texnologiya sahəsində iştirakını artırmağa, onların rəqəmsal bacarıqlarını inkişaf etdirməyə və gələcəyin texnologiya sahələrində karyera imkanlarını genişləndirməyə yönəlib.








