Biz Kimik
Peşəkar inkişafına bizimlə başla
2018-ci ildən fəaliyyət göstərən Matrix Academy texnologiya və dizayn sahələri üzrə rəqabətqabiliyyətli mütəxəssislər yetişdirən təhsil müəssisəsidir. Yarandığımız gündən 5000-dən çox tələbəyə təhsil verərək müasir texnologiyaları, innovativ tədris yanaşmalarını və sənaye standartlarını vahid təhsil modelində birləşdiririk.
Tədris prosesimiz nəzəri biliklərin praktiki bacarıqlarla möhkəmləndirilməsi, real layihələr və mentor dəstəyi əsasında qurulub. Yerli və beynəlxalq təcrübəyə malik müəllim heyətimiz və əmək bazarının tələblərinə uyğun proqramlarımız vasitəsilə tələbələrimizi peşəkar inkişafa və real iş mühitinə hazırlayırıq. Məqsədimiz tələbələrimizin potensialını üzə çıxarmaq və onların karyera inkişafı üçün davamlı imkanlar yaratmaqdır.

Nəticələrimiz
8 illik uğur yolumuzda əldə etdiyimiz nəticələr
7000+
Matrix-də təhsil alaraq proqramlaşdırma, data və dizayn sahəsində ilk addımlarını atan tələbələr
85%
İT, dizayn və texnologiya şirkətlərində peşəkar fəaliyyət göstərən məzunlarımız
120+
Yerli və beynəlxalq şirkətlərlə qurulan güclü əməkdaşlıq şəbəkəsi.
Niyə MATRİX?
Matrix-də təhsil almaq üçün səbəblər

Peşəkar müəllim heyəti
Təhsil keyfiyyətimizin başlıca standartı düzgün pedaqoq seçməkdir. Bu istiqamətdə həm yerli, həm də xarici bazarda 10 ilə yaxın təcrübəsi olan peşəkarlarla çalışırıq.

Praktika əsaslı dərslər
Tədris sisteminin mentorlar ilə təşkili dərslərin daha çox praktiki və tətbiq əsaslı keçirilməsinə və daha effektli öyrənilməsinə şərait yaradır.

Qlobal tədris mexanizmi
Tədris sistemimizin əsasında OCA, OCP, Microsoft kimi beynəlxalq sertifikat standartları dayanır.

Peşəkar Karyera Dəstəyi
Tədris sonu təşkil olunan Talant mütəxəssisi görüşləri, HR sessiyası və Texniki intervülər ilə tələbələrin karyerasına düzgün istiqamət veririk.
Müəllimlərimizi tanıyın
Sahəsində peşəkar, yerli və qlobal təcrübəyə malik və öyrətməyi sevən müəllimlər komandamızla tanış olun. Hər biri
tələbələrin inkişafına fokuslanır və biliklərini praktik yanaşma ilə paylaşır.
Müasir Dərs Otaqları
Sakit və balanslı mühit dərs zamanı diqqətin maksimum səviyyədə qalmasına kömək edir.



















