
Bir gənc - Bir gələcək
“Bir gənc – bir gələcək” sosial həssas qrupdan olan gənc qızların rəqəmsal bacarıqlar qazanmasına, öz potensiallarını inkişaf etdirməsinə və gələcək karyeralarına inamla addım atmasına dəstək olan sosial layihədir.
Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə 16–20 yaş arası gənc qızları əhatə edir. İştirakçılar kompüter savadlılığı, qrafik dizayn və yumşaq bacarıqlar üzrə praktiki biliklər əldə edir, həmçinin HR görüşləri, iş müsahibələri, seminarlar və startap ekosistemi ilə tanışlıq vasitəsilə peşəkar həyata hazırlanırlar.
Layihənin əsas məqsədi gənc qızların təhsil və inkişaf imkanlarını genişləndirmək, sosial inteqrasiyasını dəstəkləmək və rəqəmsal karyeraya ilk addımlarını atmalarına şərait yaratmaqdır.







