İnkişafına bizimlə başla

Code Camp - UNEC

Code Camp - UNEC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Matrix Academy-nin birgə həyata keçirdiyi “CodeCamp” layihəsi universitet tələbələrinin Front-End proqramlaşdırma üzrə praktiki bilik və bacarıqlar əldə etməsinə və real iş sektoruna hazırlığına yönəlib.

Layihəyə 300-dən çox müraciət daxil olub və bir neçə mərhələdən ibarət seçim prosesinin nəticəsində 25 tələbə 4 aylıq Front-End proqramlaşdırma təliminə seçilib. Təlim müddətində iştirakçılar JavaScript, ReactJS, Redux və digər müasir texnologiyaları öyrənərək real layihələr üzərində çalışıblar.

Layihənin sonunda tələbələr hazırladıqları layihələri təqdim edərək sertifikatlarla təltif olunublar. İştirakçılardan 5 nəfər layihə başa çatmadan real iş sektorunda təcrübə proqramına başlayıb.

“CodeCamp” tələbələrin texniki bacarıqlarının inkişafı ilə yanaşı, onların əmək bazarına inteqrasiyasını və karyera imkanlarını dəstəkləyən universitet–özəl sektor əməkdaşlığı nümunəsidir.

Sualın var?

Əlavə sualınız varsa, aşağıdakı formu dolduraraq bizimlə ödənişsiz konsultasiya ala bilərsiniz. Əməkdaşlarımız ən qısa zamanda sizə geri dönüş edəcək

Müştəri

Salam, kurs haqqında məlumat ala bilərəm?

Matrix

Mesajınız qəbul olundu, Matrix komandası tezliklə sizinlə əlaqə saxlayacaq.