Əyləncəli
Mühit

Əyləncəli mühit

Christmas Party
Matrix ailəsi olaraq Yeni ili tələbələrimiz və komandamızla birlikdə qeyd etdik! Rəngarəng oyunlar, DJ musiqisi, “Secret Santa” hədiyyələri, canlı performanslar və əyləncəli fəaliyyətlərlə dolu gecə xoş anlar və gözəl xatirələrlə yadda qaldı.
Ətraflı
Bowling day
Matrix ailəsi ilə birlikdə bu dəfə əyləncəni bowling zalına daşıdıq! Komandamız maraqlı yarışlar, bol gülüş və xoş söhbətlərlə dolu bir gün keçirərək komanda ruhunu daha da gücləndirdi.
Ətraflı
Mangal "Date"
Matrix ailəsi ilə birlikdə əyləncə, ləzzətli yeməklər və xoş söhbətlərlə dolu bir həftəsonu keçirdik! 17 avqust tarixində tələbələrimiz, müəllimlərimiz və komandamız Manqal “Date”-də bir araya gələrək müxtəlif oyunlar və səmimi anlarla yadda qalan gün yaşadılar.
Ətraflı
"TechNature" Camp II
Matrix Academy-də təbiət, əyləncə və komanda ruhu ilə dolu 2 gün keçirdik! İlk günümüz maraqlı oyunlar, yarışmalar və tonqal ətrafında səmimi söhbətlərlə yadda qaldı. İkinci gün isə iştirakçılar “Quruçay” şəlaləsinə 10 km-lik yürüşə çıxaraq düşərgənin macəra dolu hissəsini yaşadılar.
Ətraflı
Matrix komandası futbolda
Matrix-də bu dəfə kod və dizaynı meydançaya daşıdıq! Müəllim və tələbələr dərsdəki rollarını bir kənara qoyub komanda yoldaşlarına çevrildilər. 4 may tarixində keçirilən futbol turniri rəqabət, əyləncə və bol qollarla yadda qaldı!
Ətraflı
Paintball day
Həftəiçi kod və dizayn, həftəsonu isə paintball və əyləncə! Bu dəfə tələbə və işçi heyətimiz kompüterləri rəngli paintball silahları ilə əvəz edərək enerjili və əyləncəli bir gün keçirdilər. Matrix-də təhsil qədər birlikdə əylənmək və xoş xatirələr yaratmaq da vacibdir!
Ətraflı
"TechNature" Camp I
Matrix Academy tarixində ilk dəfə təşkil olunan “TechNature” düşərgəsi Qubada iki gün ərzində iştirakçılara texnologiyadan uzaq, təbiət və komanda ruhu ilə dolu fərqli təcrübə yaşadıb. Proqram müxtəlif oyunlar, interaktiv fəaliyyətlər, canlı ifalar və əyləncəli tədbirlərlə yanaşı, Qrızdəhnə şəlaləsinə 7 km-lik yürüşü də əhatə edib.
Ətraflı
Christmas Party
Matrix Academy ailəsi olaraq Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü birlikdə qeyd etdik. Gün ərzində əyləncəli rəqslər, səmimi söhbətlər, hədiyyələr və xoş anlarla yadda qalan bayram atmosferi yaratdıq.
Ətraflı
Matrixdə "Film günü"
Matrix Academy tələbələri ilə dizayn və yaradıcılıqla dolu əyləncəli bir gün keçirdik! “Abstract: The Art of Design” filmini birlikdə izlədik, logo yarışmasında iştirak edən tələbələrin işlərinə baxaraq qalibimizi seçdik. Günün sonunda isə maraqlı komanda oyunları ilə əyləncəni davam etdirdik
Ətraflı

